Mənzil və mətbəxt liftləri
Avropa Lift Sistemləri şirkəti sizə geniş çeşidli “ev liftlərini” təklif edir.
Onları “mətbəxt və servis”, və yaxud “mənzil” liftləri də adlandırırlar.
Ev və bağ evlərində quraşdırılır.
ALS şirkəti mənzil və mətbəxt liftlərin geniş çeşidini sizlərə təklif edir. “Mənzil və mətbəxt liftləri” evinizin üslubuna rahatlıq və gözəllik gətirər.
Bu tipli liftlər mənzilinizin həm içərisində, və həm fasadına yaraşıq verməklə evinizin xaricində qurula bilər.
Onlar istifadədə səssizdir!
Mətbəxt liftləri geniş formada restoranlarda, mehmanxanalarda, kafelərdə, bar və maqazalarda istifadə olunur.
Mətbəxt lifti sizin aldığınız ərzaq və malları qarajdan mətbəxə, səhər yeməyinizi isə mətbəxdən qonaq və yaxud yataq otağına çatdıra bilər.
Mətbəxt liftləri fərdi sifarişlə hazırlanır. Kabinin içi və qapıları sifarişçinin tələbinə uyğun hazırlanır. Bütün mətbəxt liftləri lazımı təhlükəsiz istifadə blok sistemləri ilə təchiz olunur.
Sifarişçinin tələbi ilə mətbəxt liftin kabinində qızdırıcı və soyuducu kameraları quraşdırıla bilər.