İnşaat liftləri və platformalar
İnşaat lift və platformaların mövcudluğu yüksək binaların inşası zamanı iqtisadi və vaxt itgisinin qarşısını alınmasına bir başa təsir göstərir.
İnşaat liftləri - binanın fasadında quraşdırılan dişli çarxlar və dişli daraqlı dirəklər vasitəsi ilə 150m hündürliyə qalxma qabilyyətinə malik, təhlükəsizlik baxımından səmərəli avadanlıq olub.Avropa və Türkiyədə inşaatda geniş istifadə olunmaqdadır.
İnşaat lifti qurulduğu binada 24-26 nəfər işçiləri işlədiyi mərtəbələrə daha tez işə başlamasına kömək edir.
İnşaat lift və platformaların üstün cəhətləri: vaxta qənaət, işçilərin və materialların (alçı, sement,mərmər, alçıpan və s.) təhlükəsiz və etibarlı mərtəbələrə qaldırılmasıdır.
İnşaat platformaları – binanın fasadında quraşdıraraq dirəklər üzəində 30 metr genişliyi və 150 metr hündürliyinə fasad boyu qalxıb enərək fasad işlərini (şüşə qoyma, rəngləmə, mərtəbələrə ləvazimatları daşımaq, fasadda bitmiş işləri yoxlamaq) təhlükəsiz və tez görülməsini təmin edir.
Biz ALS şirkəti olaraq inşaat lifti və platformalarının çatdırılmasını,quraşdırmasını və texniki servis xidmətini təşkil edirik.