Əlil lifti
Əlil lifti
Əlil lifti — fiziki məhdudiyyətli şəxslərin binalar, ictimai məkanlar və ya xüsusi obyektlər arasında rahat, təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün nəzərdə tutulan xüsusi qaldırıcı avadanlıqdır. Bu liftlər universal dizayn prinsiplərinə əsaslanır və həm təkərli arabadan, həm də digər hərəkət məhdudiyyətli insanların istifadəsi üçün uyğunlaşdırılıb.
Əsas Xüsusiyyətləri
- Geniş kabina və qapı - Təkərli arabanın sərbəst daxil olub fırlana bilməsi üçün standart liftlərdən daha geniş ölçülərdə hazırlanır. Qapıların eni adətən 90 sm və ya daha çox olur.
- Aşağıda yerləşən idarəetmə panelləri - Lift düymələri əlil arabasında oturan şəxsin rahatlıqla çatacağı hündürlükdə quraşdırılır. Əl ilə yanaşı, toxunma (touch) və ya sensor sistemlər də tətbiq oluna bilər.
- Səsli və vizual göstəricilər - Görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün elan sistemi: mərtəbələrin səsli elan edilməsi, işıqlı indikatorlar.
- Təhlükəsizlik sistemləri - Qapının sıxılma əleyhinə mexanizmi. Fövqəladə hallarda avtomatik təxliyə rejimi.
- Aşağı sürət və hamar hərəkət - Sarsıntısız, sakit və təhlükəsiz qaldırma təmin edir.