Yuxarı sürüşdür

Mətbəx liftləri

Mətbəx liftləri

Mətbəx liftləri (dumbwaiter liftlər) müasir restoran, otel, kafe, xəstəxana və hətta bəzi fərdi evlərdə geniş istifadə olunan xüsusi lift növüdür. Onlar əsasən yeməklərin, qab-qacağın, ərzaqların və digər kiçik yüklərin mərtəbələr arasında rahat və təhlükəsiz daşınması üçün nəzərdə tutulur.

Mətbəx liftlərinin üstünlükləri:

  1. Zaman qənəəti –Yemək və avadanlıqların tez bir şəkildə mətbəxdən servisa və ya başqa mərtəbəyə çatdırılmasına imkan verir.
  2. İşçi qüvvəsinə qənaət – Ofisiantların və işçilərin pilləkənlərlə daşıma zəhmətini azaldır.
  3. Təhlükəsizlik – Ağır və kövrək əşyaların daşınması zamanı qəza riskini minimuma endirir.
  4. Gigiyena – Qidaların təmiz və qapalı şəraitdə daşınması yeməklərin keyfiyyətini qoruyur.
  5. Məkan səmərəliliyi – Adətən kiçik ölçüdə olduqları üçün mətbəx və xidmət sahələrində əlavə yer tutmur.