Yuxarı sürüşdür

Haqqımızda

Avropa Lift Sistemləri (ALS)

Avropa Lift Sistemləri

Şirkətin təməlini qoyanlar uzunmüddətli sahə təcrübəsinə malik, şaquli nəqliyyat texnologiyalarında yenilikçi ideyaların tətbiqinə çalışan mütəxəssislərdir. ALS komandası təcrübəli kadrlardan və enerjili gənc mütəxəssislərdən ibarətdir. Bu sintez bizə müasir avadanlıqlarla ayaqlaşmağa və daim keyfiyyətli iş təqdim etməyə imkan verir.

Rəqabətli bazarda fəaliyyətimiz modernləşdirmə, keyfiyyətli istehsalat və ən son texnologiyalardan istifadə üzərində qurulmuşdur.

Bugünə qədər Azərbaycanın müxtəlif şəhərlərində (Bakı, Gəncə, Mingəçevir, Yevlax, Oğuz, Səlyan, Bərdə, Zaqatala, Şəki, Şamaxı və s.) 200-dən artıq lift uğurla quraşdırılmışdır.

Keyfiyyət və Rahatlıq

Təhlükəsizlik

Beynəlxalq Əməkdaşlıq

ALS dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edir:

  • Wittur, Thyssen Krupp Elevator, Wöhr (Almaniya)
  • Hidral (İsveç)
  • Fupa Lift, HAS Asansor, Arkel Elektronik (Türkiyə)

Şirkətimizin mütəxəssisləri bu zavodlarda təkmilləşdirmə kursları keçərək beynəlxalq sertifikatlara sahibdir.

Fəaliyyət Sahələri

Şirkətin fəaliyyəti rəsmi (№ 087817 lisenziya) əsasında həyata keçirilir. Bütün işlər təhlükəsizlik normalarına ciddi riayət olunmaqla icra edilir.

Sərnişin, panoramlı, yük, mətbəx, xəstəxana, əlil, qaraj və xüsusi təyinatlı liftlərin layihələndirilməsi və montajı

Hüquqi və fiziki şəxslər üçün lift və eskalator avadanlıqlarının gətirilməsi

Liftlər və qaldırıcı qurğular üzrə buraxılış və sazlama işləri

Liftlər üçün ehtiyat hissələrinin satışı

Lift və eskalatorların modernləşdirilməsi, dəyişdirilməsi və təmiri

Qaraj qapılarının quraşdırılması

Avtomobillər üçün xüsusi dayanacaq avadanlıqlarının quraşdırılması

Lift avadanlıqlarının normativlərə uyğun sifarişçiyə təhvil verilməsi

Liftlərin texniki xidməti və 24/7 servis