Yuxarı sürüşdür

Şlaqbaun

Şlaqbaun

Şlaqbaum sistemləri nəqliyyat vasitələrinin giriş-çıxışını nəzarət altında saxlamaq, təhlükəsizliyi təmin etmək və əraziyə icazəsiz keçidin qarşısını almaq üçün nəzərdə tutulmuş avtomatik baryer sistemləridir. Onlar yaşayış komplekslərində, biznes mərkəzlərində, avtodayanacaqlarda, sənaye obyektlərində, ticarət mərkəzlərində və özəl ərazilərdə geniş istifadə olunur.

Əsas xüsusiyyətlər:

  1. İstifadə sahəsi - Avtodayanacaqlar, yaşayış binaları, ofislər, sənaye və kommersiya obyektləri üçün uyğundur.
  2. Açılma mexanizmi - Uzaqdan idarəetmə, kart oxuyucu, nömrə tanıma, düymə və ya sensor sistemi ilə işləyə bilir.
  3. Daşıma intensivliyi - Gündəlik yüksək sayda avtomobil keçidi üçün nəzərdə tutulmuş güclü mexanizmə malikdir.
  4. Şlaqbaum qolu - Müxtəlif uzunluqlarda (3–6 metr və daha artıq) istehsal olunur, ehtiyacdan asılı olaraq işıqlandırmalı və ya qırılmaya davamlı variantlar mövcuddur.
  5. Sürət - Tez açılıb-bağlanan motor sistemi sayəsində tıxacın qarşısını alır.
  6. Təhlükəsizlik - Avtomobil və maneələri aşkarlayan sensorlar, fövqəladə dayanma və manuel açma funksiyası ilə təchiz edilir.
  7. İdarəetmə - Avtomatik idarəetmə bloku, elektrik kəsintisi zamanı mexaniki istifadə imkanı mövcuddur.